Milli.Az - Xəbərlər portalı

İdman

Rusiyalı idmançı 7-ci dəfə Avropa çempionu oldu

29.01.2012 11:50
Anspress xəbər verir ki, məşhur rusiyalı fiqurist Yevgeni Plyuşenko Böyük Britaniyanın Şeffild şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa Çempionatında kişilər üzrə birinci yeri qazanaraq, 7-ci dəfə Avropa çempionu olub. Yevqeni Plyuşenko 261,23 bal toplayaraq, ən yaxın rəqibini, rusiyalı Artur Qaçinskini təxminən 20 bal qabaqlayıb. Bu, Yevqeni Plyuşenkonun ilk inamlı qələbəsi deyil. O, 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilən Olimpiya oyunlarında qızıl medal qazanıb, eləcə də 3-qat dünya çempionu və 9-qat Rusiya çempionudur.

Britaniyada qələbəsindən sonra rusiyalı fiqurist 2012-ci il dünya çempionatında iştirak etməməyə qərar verdiyini bəyan edib. Belə ki, Şeffilddə Avropa Çempionatında Yevgeni Plyuşenko dizində xroniki travma və belində ağrılarla iştirak edib. Çempionatdan əvvəl isə yarışmadan dərhal sonra əməliyyat olunmaq istədiyini bildirmişdi.

"Həqiqətin üzünə düz baxmaq lazımdır. Martda dünya çempionatı başlayanadək əməliyyatdan sonra bərpa olmaram", - məşhur fiqurist RİA "Novosti" agentliyinə müsahibəsində belə deyib. Lakin sağlamlığı ilə bağlı problemlərə baxmayaraq, Plyuşenko digər dünya çempionatlarında və Soçidə keçiriləcək Olimpiadada iştirak etmək niyyətində olduğunu da bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Şeffild şəhərində fiqurlu konkisürmə üzrə Avropa Çempionatında mübarizəni qadınlar davam etdirirlər. 

Milli.Az

yuxarı
Əsas səhifə

ILK-10