Milli.Az - Xəbərlər portalı

İdman

İspaniya çempionatı: "Real" "Barcelona"nın zirvə ümidini qırdı

29.01.2012 11:13
İspaniya çempionatında 21-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
“Espanyol” “Mallorca” üzərində minimal hesablı qələbəyə sevinib. “Rayo Vallecano” isə evdə “Athletic”ə uduzub. Lider “Real” “Zaragoza”nı məğlub yola salıb. Madridlilərin əsas izləyicisi “Barcelona” isə səfərdə “Villarreal”la qarşılaşıb və xal itkisi ilə üzləşib.
 
İkinci oyun günündə “Betis” “Granada”, “Levante” “Getafe”, “Real Sociedad” “Sporting”, “Racing” “Valencia”, “Malaga” da “Sevilla” ilə üz-üzə gələcək.
 
Nəhayət, turun qapanış matçında “Osasuna” “Atletico” ilə qarşılaşacaq.
 
İspaniya La Liqası
21-ci tur
28 yanvar
 
Espanyol – Mallorca – 1:0
Qol: Vays, 19.
 
Rayo Vallecano – Athletic – 2:3
Qollar: Miku, 10, Arribas, 27 – Lyorente, 17; 23; 68.
 
Real – Zaragoza – 3:1
Qollar: Kaka, 32, Ronaldo, 49, Özil, 56 – Lafita, 11.
 
Villarreal – Barcelona – 0:0
 
29 yanvar
 
15:00. Betis - Granada
19:00. Levante - Getafe
19:00. Real Sociedad - Sporting
21:00. Racing - Valencia
00:30. Malaga - Sevilla
 
30 yanvar
 
00:00. Osasuna - Atletico

Milli.Az

yuxarı
Əsas səhifə

ILK-10