İdman
İtaliya çempionatı: "Juventus" əsas rəqibini xalsız yola saldı
29.01.2012 10:30
İtaliya çempionatında 20-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Turun açılış matçında “Catania” “Parma” ilə qarşılaşıb. Tərəflər meydandan sülhlə ayrılıblar. Lider “Juventus” isə əsas rəqiblərindən “Udinese” ilə qarşılaşıb və çətinliklə də olsa, qələbə qazanıb.
Əksər qarşılaşmalar son oyun günündə baş tutacaq. “Fiorentina” “Siena”nı, “Roma” “Bologna”nı, “Cesena” “Atalanta”nı, “Chievo” “Lazio”nu, “Genoa” “Napoli”ni, “Lecce” “Inter”i, “Palermo” “Novara”nı, “Milan” “Cagliari”ni qəbul edəcək.
İtaliya A Seriyası
20-ci tur
28 yanvar
Catania – Parma – 1:1
Qollar: Berqessio, 33 – Modesto, 43.
Juventus – Udinese – 2:1
Qollar: Matri, 42; 62 – Flores, 56.
29 yanvar
15:30. Fiorentina - Siena
18:00. Roma - Bologna
18:00. Cesena - Atalanta
18:00. Chievo - Lazio
18:00. Genoa - Napoli
18:00. Lecce - Inter
18:00. Palermo - Novara
23:45. Milan - Cagliari
Milli.Az