Portalın standart versiyası

Xəstələnməmək üçün nə etməli?

24.09.2012, 18:12 CƏMİYYƏT

Yavaş-yavaş payız özünü hiss etdirməyə başlayıb. Havaların sərinləməsi ilə bəzi xəstəliklərin, o cümlədən soyuqdəymələrin də sayı artmağa başlayacaq. Bəs mövsümü xəstəliklərdən qorunmaq üçün, payızı xəstəlikləriz başa vurmaq üçün immuniteti gücləndirmək məqsədilə nə etmək lazımdır?

Anspress Türkiyənin Memorial xəstəxanasının diet və qidalanma şöbəsinin rəhbəri Merve Yüksekin xəstəliklərdən qorunmaq üçün tövsiyələrini təqdim edir.

Güclü müdafiə mexanizmi dedikdə, yetərli, nizamlı qidalanma ilə birlikdə, antioksidantlarla zəngin qidalardan istifadə də nəzərədə tutulur.

Önəmli antioksidanlardan biri olan C vitamini bədəndən zərərli maddələrin atılmasında mühümdür və immunitetin güclənməsində əhəmiyyətli rola sahibdir. Bu vitamin yaşıl bibər, ispanaq, limon, narıngi, itburnu və sairə qidalarda boldur. C vitamini itkisinin qarşısını almaq üçün isə salat və meyvə sularını istifadədən bir neçə dəqiqə öncə hazırlayın.

Digər önəmli antioksidan isə E vitaminidir. Bu vitaminlərin ən zəngin qaynaqları isə fındıq, qoz, badam, duru yağ, yaşıl tərəvəzlər, paxlalılardır.

A vitamini isə infeksiya əleyhinə olan xüsusiyyəti ilə fərqlənir. Yumurta, süd, balıq, ıspanaq, portağal, yerkökü, ərik, narıncı meyvə tərəvəzlərdədir.

Balıq, zeytun yağı və qoz immuniteti gücləndirir. Belə ki, balıq, fındıq, qozda olan "Omega 3", "Omega 9" olan zeytun yağı, fındıq yağı immuniteti gücləndirir. Bu aralar xüsusilə soyuqdəymələrdən qorunmaq üçün həftədə 2-3 dəfə balıq, 6-7 fındıq, 2-3 qoz, zeytunyağlı salat, tərəvəzlə qidalanmaq lazımdır.

Sink çatışmazlığı infeksiyalara qarşı mübarizəni zəiflədir. Sink qaynağı kimi balqabaq tumu, qırmızı ət, dəniz məhsulları, qaraciyər, fısdıq, süd, pendir, noxud, mərcimək göstərmək olar.

Yoqurt, qatıq, ayran da xəstəliklərə qarşı qoruyucu qalxan effekti yaradır.

Payızda ortaya çıxa biləcək daha bir problem qəbizliklə bağlıdır. Buna səbəb isə fiziki aktivliyin azalmasıdır. Bunun qarşısını almaq üçün vitaminlərlə bol meyvə, tərəvəz qəbul edilməlidir.

Bədəndə suyun azalması da bir sıra xəstəliklərə səbəb ola bilər. Su çatışmazlığı xəstəlikdən sonra sağalma müddətini də uzadır. Bunun qarşısını almağın ən yaxşı yolu gündə 10-12 stəkan su içməkdir.

Çay və qəhvə yerinə isə itburnu, çökə, adaçayı kimi bitki çaylarından istifadə edin.

Milli.Az

Baxış: 156
Rubrikanın bütün xəbərləri "CƏMİYYƏT"

RSS Xəbər lenti
Portalın standart versiyası
©  Bizimlə əlaqə: editor@milli.az
Copyright © 2003-2014 Milli.Az
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdi.
ILK-10