Milli.Az - Xəbərlər portalı

Şou-biznes

İlhamə Quliyeva: "Onlar acgözdürlər"

29.01.2012 11:37
Yerli telekanallardan birinin verilişinə açıqlama verən xalq artisti İlhamə Quliyeva şou-biznesdə xaos olduğunu, sənətçilərin öz bacarıqlarını nümayiş etdirmədiklərini bildirib.
Milli.Az Day.Az saytına istinadən bildirir ki, xalq artisti deyib:

"Əvvəllər müğənnilər yaradıcılıqla məşğul olurdular, indi isə belə şey yoxdur. İndi hamı brilyantlardan, villalardan, avtomobillərdən danışır. Onlar sadəcə olaraq acgözdürlər, heç vaxt belə şeylər görməyiblər. Bu barədə ancaq dünən "yumurtadan çıxan" müğənnilər, həmçinin müxtəlif yollarla səhnəyə gələnlər danışırlar. Əlbəttə ki, onların yaradıcılıqları yoxdur".

İlhamə xanım həmçinin bəzi qadın müğənnilərin dəfələrlə səhv etdiklərini deyərək, onları səsi olmayan sərçəyə bənzədib:

"Bir müğənni var, hətta adını belə çəkmək istəmirəm. Özü biləcək ki, ondan danışıram. Ona demək istəyirəm ki, əgər səhvlərini yenə təkrar etsə, o vaxt artıq özüm onun kim olduğunu deyəcəm".

Milli.Az


yuxarı
Əsas səhifə

ILK-10