Qədim yunan əsatirlərində titanların savaşını xatırladan belə çarpışmalar Afrikada nadir hadisə deyil. Erkək fillər dişi fil uğrunda mübarizə edir, döyüşür, bir-birlərini qılınc təki iti nəhəng dişləri ilə yaralayırlar.
Milli.Az "Nature"a istinadən bildirir ki, Keniyadakı Amboseli Milli Parkında da iki erkək fil toqquşublar. Boyları 5 metrə çatan bu nəhənglərin döyüşü xeyli çəkib.
Sonda qalibə dişi fil, məğluba isə geri çəkilmək çatıb.
Fotoları məşhur naturalist, 70 yaşlı Çarlz Vanpraet çəkib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Charles Vanpraet