Milli.Az - İnternet Portalı

Mobil reportaj

Belarusun Bakıda keçiriləcək "Eurovision-2012" şousundakı təmsilçisi seçildi

15.02.2012 12:01
Belarusun “Eurovision-“2012” mahnı müsabiqəsindəki təmsilçisi bəlli olub.
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, möhtəşəm final gecəsində Bakıya vəsiqə qazanmaq uğrunda 5 ifaçı mübarizə aparmışdır. Səsvermənin nəticələrinə əsasən, gənc müğənni Alyona Lanskaya birinci olub. Final gecəsində tarixi vətəninə vəsiqə qazanmaq uğrunda yarışan gənc azərbaycanlı müğənni Günəş Abbasova üçüncü nəticə göstərib.

Gecədə bir çox tanınmış müğənnilər, o cümlədən “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Lis Assia, bu mötəbər yarışmanın ulduzları Ruslana (Ukrayna), Aleksandr Rıbak (Norveç), Sakis Ruvas (Yunanıstan), Mariya Şerifoviç (Serbiya) öz mahnılarını səsləndiriblər.

“Eurovision-2011”in qalibləri Eldar Qasımov və Nigar Camalın final şousunda ifa etdikləri “Running Scared” mahnısı iştirakçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Milli.Az

yuxarı
Əsas səhifə

ILK-10