Milli.Az - İnternet Portalı

Dağlıq Qarabağ münaqişəsi

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

23.02.2012 09:46
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 24-də Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

Milli.Az

yuxarı
Əsas səhifə

ILK-10