Milli.Az - İnternet Portalı

Maraqlı

Donuz öküzə aşiq olub

23.02.2012 15:47
İsveçin cənubundakı Köqlinq şəhəri yaxınlığındakı fermada saxlanan donuz öküzə vurulub.
Erkək donuz öküzə qulluq etməyə çalışır, onun diqqətini cəlb etmək istəyir. Amma öküz ona fikir vermir.

Milli.Az "The Local"a istinadən bildirir ki, fermanın sahibi Maqnus Nayman bunu ötən il görüb.

"Kalle adlı donuz öküzə elə vurulmuşdu ki, özünü ora-bura vurur, atılıb öküzün yanına qaçırdı. Lakin Kallenin davranışı öküzün xoşuna gəlmədi, - Nayman deyib. - Kallenin yaxşı zövqü var, çünki fermadakı ən yaxşı öküzü seçib. Lakin çox istərdim ki, Kalle öküzə yox, dişi donuzlardan birinə vurulsun".

Öküzə vurulmasına rəğmən, Kalle dişi donuzları da tərk etmir.

Milli.Az

yuxarı
Əsas səhifə

ILK-10