Portalın standart versiyası

Vanqa nənə və Nostradamus 21 dekabrla bağlı nə deyiblər?

03.12.2012, 14:36 Maraqlı

Dekabrın gəlişi ilə dünyada və eləcə də ölkəmizdə 21 dekabr - "qiyamət günü" ilə bağlı söhbətlər də qızışmağa başlayıb. Amma bütün elmi nəzəriyyələr, NASA səviyyəsində verilən rəylər də oxucular üçün yetərli deyil. Onlar həm də öncəgörənlərin bu mövzuda verdikləri proqnozları eşitmək istəyirlər. Xüsusən Nostradamus və Vanqa nənə kimi tarixdə ad qazanmış öncəgörənlərin 2012-ci illə bağlı dedikləri maraq oyadır.

Odur ki, biz də onları yada salıb, yaddaşları təzələmək istədik.

Öncə ondan başlayaq ki, əsas iddialar 2012-ci il, dekabrın 21-də Yer kürəsində bütün canlıların məhv olacağı ilə bağlıdır. Bəziləri isə bu cür proqnozların səbəbi kimi 10-cu planet hesab olunan Nibirunun hər 3657 ildən bir Yer kürəsinin yaxınından keçərkən dünyaya müxtəlif fəlakətlər gətirməsini göstərir. Bu planetin Yer kürəsinin yaxınından növbəti keçidi isə 2012-ci ilə təsadüf etdiyindən bu ilin dünyanın son ili olmasına sübut kimi qədim Mayya tayfalarının təqvimi əsas gətirilir.

Bu qənaətə gəlməyə səbəb isə Meksikanın Kamalkalço şəhəri yaxınlığında tapılan və Mayya tayfalarına məxsus olan 1300 il yaşlı daş kitabənin üzərində 2012-ci il, dekabrın 21-nin dünyanın sonu kimi göstərilməsidir. Oxşar daş kitabə Meksikanın Tortuquero adlı bölgəsində də tapılıb. Mayyalılar onu iddia edir ki, Günəş və Ayı da nəzərə alsaq, 11 cisim var. 12-ci cisim isə Nibiru planetidir. Versiyalara görə, Nibiru planetini 21 dekabr, 2012-ci ildə göy üzündə yalnız Şimal yarımkürəsində görmək mümkün olacaq. Obyekt Yer kürəsindən 1 iyul, 2014-cü ildə uzaqlaşacaq. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu qeydlər mayyalıların təqviminə görə yeni eranın başlanğıcıdır.

Nostradamus 21 dekabrı təsdiqləyir

Nostradamus da dünyanın sonu ilə bağlı verdiyi proqnozlarda 2012-ci ildə bəşəriyyətin kometlə məhv olacağı ilə bağlı proqnoz verib. Onun proqnozlarına görə, 2012-ci ilin dekabr ayında naməlum kometanın Yer planetinə yaxınlaşması çoxlu sayda dağıntılara və anarxiyaya səbəb olacaq. Öncəgörən bəzi dövlətlərin III dünya müharibəsinə başlaya biləcəyini, sunami, zəlzələ və vulkan olacağını da proqnoz edib.

Versiyalarda 2012-ci ildə planetlərin aktivləşməsi nəticəsində Yer kürəsində kataklizmlər, sunami, meteorit və nəhəng asteroidlərin bizi gözlədiyini də iddia olunur. Qeyd edək ki, dünyanın dağılması barədə hələ eramızın 111-ci ilindən bəri müxtəlif proqnozlar verilib. Lakin onlardan heç biri reallaşmayıb. Həmin versiyalar siyahısında dünyanın dağılacağı günün 2036-cı və ya 2084-cü ilə olacağı haqda da məlumatlar var.

Bəzi astroloqlar həqiqətən də Yer kürəsini təhlükə gözlədiyini, ancaq bunun dünyanın sonu olmadığını bildirirlər. Onlar hesab edir ki, 2012-ci il Yer kürəsinin qatının pozulması mümkündür.

Vanqa nənə isə deyir ki, dünyanın sonu 3797-ci ildədir

Keçək Vanqa nənəyə. Öncə məşhur öncəgörənin söylədiyi və artıq həyatda öz təsdiqini tapdığı bəzi proqnozlarını oxucuların diqqətinə çatdıraq: "İki dəmir quş qüllələrə çırpılacaq, göy üzü işıqlanacaq" (11 sentyabr hücumu) "Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq" (2000-ci ildə 118 rus əsgərinə məzar olan sualtı qayıqda baş verən müdhiş hadisələr), "Vladimirin (Putin) zəfəri dünyada hər şeyə təsir edəcək", "İqlimlər dəyişəcək" (qlobal istiləşmə), "Amerikanın 44-cü dövlət başçısı qara olacaq. Onun gəlməsindən sonra ölkə böyük bir maliyyə böhranına başlayacaq, dünyaya barış deyil, fəlakət gətirəcək".

Vanqanın ölümündən öncə qeyd edilən bəzi proqnozlarına görə, gələcəkdə insan oğlunu ağır günlər gözləyir. Xərçəng xəstəliyinin tüğyan edəcəyindən tutmuş kommunizmin qayıtmasına qədər fikirlər deyən Vanqa nənə 2012-ci ildə qiyamət gününün qopacağını deyənlərdən fərqli olaraq bu faciənin baş verməyəcəyini bildirib. Onun öncəgörməsinə görə, dünyanın sonu 3797-ci ildə gələcək. Vanqa nənənin gələcəklə bağlı proqnozları belədir:

2011 - Radioaktiv dalğaların artması səbəbindən heyvan ve bitkilər yox olmaq dərəcəsinə gələcək. Müsəlman ölkələr kimyəvi silahlardan istifadə edəcək.
2014 - İnsanlığın yarısı xərçəngə tutulacaq.
2016 - Avropanın nüfuzu azalacaq.
2018 - Dünyanın yeni hakimi Çin olacaq.
2043 - Avropaya bir müsəlman ölkəsi hökm edəcək.
2046 - Xəstə orqan yenisi ilə əvəz ediləcək.
2076 - Bütün dünyada sinifsiz bir kommunizm sistemi bərqərar olacaq.
2088 - Bütün xəstəliklər bir neçə saniyədə müalicə olunacaq.
2097 - Kimsə qocalmayacaq.
2167 - Yeni bir din gələcək.
2304 - Ayın bütün sirləri açılacaq...
3797 - Dünyanın sonu gələcək. İnsan oğlu başqa bir planetə köçəcək və yeni bir həyata başlayacaq...

İngilis alimləri Hyuston və Stüart isə bildirirlər ki, əslində mayyalılar proqnozları gələcək haqqında məlumat yox, inşa elədikləri binanın fasadına həkk etdirdikləri salnamədən bir parçadır. Tədqiqatçı Henrix Berlin bildirir ki, öncəgörmələr Mayya kahinlərinin öz hökmdarları üçün tərtib elədikləri astroloji cədvəldən savayı bir şey deyil.
Mayya tarixi üzrə mütəxəssis Sven Qronemeyerin dediyinə görə, 2012-ci il yalnız periodlardan birinin sonudur. Bu açıqlamanı dəstəkləyən başqa tarixçilər də qeyd edirlər ki, 2012-ci ilin dekabrında dünyanın sonu gəlir iddiası yalandır.

Dekabrın gəlişi ilə dünyada və eləcə də ölkəmizdə 21 dekabr - "qiyamət günü" ilə bağlı söhbətlər də qızışmağa başlayıb. Amma bütün elmi nəzəriyyələr, NASA səviyyəsində verilən rəylər də oxucular üçün yetərli deyil. Onlar həm də öncəgörənlərin bu mövzuda verdikləri proqnozları eşitmək istəyir. Xüsusən Nostradamus və Vanqa nənə kimi tarixdə ad qazanmış öncəgörənlərin 2012-ci illə bağlı dedikləri maraq oyadır.

Bu arada oxucularımızın nəzərinə həm də indiyə qədər dünyanın dağılacağı ilə bağlı səslənən bir neçə proqnozu çatdırırıq. Bunlardan bəzilərini nəzərdən keçirək:

* 1919, 17 dekabr - Amerika meteoroloqu Albert Portun hesablamalarına görə, 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi;

* 1945, 21 sentyabr, saat 5.33 - amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən, Yerin yanması və dünyanın axırı;

* 1954, 20 dekabr - Amerikalı həkim - təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi;

* 1970, 31 dekabr, saat 24.00 - Həqiqi Dünya Amerika xristian kilsəsinin hesablamalarına əsasən, dünyanın sonu;

* 1980, 29 aprel - ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu;

* 1996, 17 dekabr - Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu;

* 1998-2001 - Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu;

* 2001, 11 avqust - bəzi amerikalı astronomların hesablamalarına görə, Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu;

* 2009 - Piter Lorinin yozumuna görə, Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon (xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki (Fələstindəki) dağ).

"Yeni Müsavat"

Baxış: 3120
Rubrikanın bütün xəbərləri "Maraqlı"

RSS Xəbər lenti
Portalın standart versiyası
©  Bizimlə əlaqə: editor@milli.az
Copyright © 2003-2014 Milli.Az
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdi.
ILK-10