Hadisə
Azərbaycanda hamamda ölüm
20.02.2012 10:37
İmişli rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.
Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Gövhərli kənd sakini, 40 yaşlı Qalib Cəfərovun hamamda meyiti tapılıb. Müəyyən edilib ki, mərhumu çimərkən elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az