İtaliyanın “Eurovision-2012” mahnısı martın 19-da açıqlanacaq.
Trend-in müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, İtaliyanın “Eurovision-2012” təmsilçisi Nina Zilli müsabiqədəki mahnısını 3 kompozisiya arasından seçəcək. Bunlardan biri 62-ci Sanremo festivalında ona qalibiyyət qazandıran “Per Sempre” mahnısıdır. Digər iki mahnı isə müğənninin “L'amore è Femmina” adlı sonuncu albomundan seçilib.
Nina Zilli qərarını martın 19-dan tez açıqlamayacaq.
Milli.Az