Milli.Az - İnternet Portalı

Hadisə, kriminal

Azərbaycanda xəstəxana yandı

23.02.2012 13:40
Tərtər şəhərində xəstəxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın xəstəxananın ərazisində ümumi sahəsi 405 kv.m olan ikimərtəbəli inzibati binanın damında meydana gəlib. Dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

yuxarı
Əsas səhifə

ILK-10